"Kayserispor" klubu satışa çıxarılıb

Türkiyə Super liqasında çıxış edən "Kayserispor" klubu hərraca çıxarılıb. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Kayserispor" klubu təmsil etdiyi şəhərin Ümumi İcra İdarəsi tərəfindən hərraca çıxarılıb. Klubun satış qiymətinin 35 milyon Türkiyə lirəsindən başlayacağı bildirilib. 

"Kayserispor" rəsmiləri satışın 21 martadək davam edəcəyini bildiriblər.

Qeyd edək ki, komanda fevral ayının 27-də satışa çıxarılacaq.