Kazemiro səhvini etiraf etdi
Kazemiro "Mançester Yunayted"ə keçidini səhv adlandırıb.
Sportline.az xəbər verir ki, bu haqda El Nacional nəşrində məlumat yayılıb.
Braziliyalı futbolçu bu addımında yanlışlığa yol verdiyini etiraf edib.
O, "Real"dan ayrılaraq qeyri-sabitliyin hökm sürdüyü "Mançester Yunayted"ə gəldiyinə görə peşiman olduğunu bildirib.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi ötən yaydan "qırmızı şeytan"ların formasını geyinir.