Kənan Yıldızın "Yuventus"dakı gəlcəyi bəlli oldu
"Yuventus" gənc futbolçusu Kənan Yıldızın komandadan ayrılmasını bir şərtlə qəbul edib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, İtaliya klubu türkiyəli futbolçu üçün 40 milyon avro tələb edir. Avropa klubları Kənan Yıldızı transfer etmək istsələr bu məbləği ödəməli olacaqlar.
Kənan Yıldız isə "Yuventus"da daha bir mövsüm qalmaq istədiyini bildirib.
Qeyd edək ki, Kənan Yıldız "Yuventus" forması ilə çıxdığı 12 oyunda 2 qol, 1 asistlə yadda qalıb.