"Sabah"dan geridönüş, "Kəpəz" "Zirə" ilə heç-heçə etdi
Azərbaycan Premyer Liqasında 10-cu tur davam edir.
Sportline.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Kəpəz" "Zirə"ni qəbul edib və 0:0 hesablı bərabərə qalıb. "Zirə" bu nəticədən sonra 20 xalla 1-ci pilləyə yüksəlib. 2-ci pillədəki "Qarabağ"ın da 20 xalı var.
Günün digər oyununda isə "Sumqayıt" "Sabah"ın qonağı olub və 1:3 hesabı ilə uduzub. Bununla da, "Sabah" ölkə çempionatında 7 matçdan sonra ilk dəfə qalib gəlib.
Qeyd edək ki, tura sabah keçiriləcək 1 görüşlə yekun vurulacaq.
21 oktyabr (şənbə)
18:00. “Sabah” – “Sumqayıt” - 3:1
Qollar: Suliman, 9 (0:1), Con İrasabal, 54 (1:1), Namik Ələskərov, 81 (2:1), Davit Volkov, 90+6 (3:1)
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Şirmamed Mamedov, Kamal Umudlu
“Bank Respublika Arena”
15:00. “Kəpəz” – “Zirə” - 0:0
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Eyyub İbrahimov, Kamran Əliyev
Tovuz şəhər stadionu
22 oktyabr (bazar)
16:30. “Qəbələ”– “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev
Qəbələ şəhər stadionu
20 oktyabr (cümə)
“Səbail” – “Neftçi” - 2:4
“Turan Tovuz” – “Qarabağ” - 2:2
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Zirə | 10 | 6 | 2 | 2 | 9-5 | 20 |
| 2 | Qarabağ | 10 | 6 | 2 | 2 | 20-8 | 20 |
| 3 | Səbail | 10 | 5 | 2 | 3 | 17-15 | 17 |
| 4 | Neftçi | 10 | 4 | 3 | 3 | 11-9 | 15 |
| 5 | Araz-Naxçıvan | 9 | 4 | 2 | 3 | 9-9 | 14 |
| 6 | Turan Tovuz | 10 | 3 | 3 | 4 | 14-13 | 12 |
| 7 | Sumqayıt | 9 | 3 | 2 | 4 | 9-13 | 11 |
| 8 | Sabah | 9 | 2 | 4 | 3 | 14-13 | 10 |
| 9 | Qəbələ | 9 | 2 | 1 | 6 | 6-16 | 7 |
| 10 | Kəpəz | 10 | 1 | 3 | 6 | 5-13 | 6 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 7 qol
Aleksandr Ramalinqom ("Səbail") - 5 qol
Abdullah Zubir ("Qarabağ") - 3 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 3 qol
Martin Petkov ("Turan Tovuz") - 3 qol
Belajdi Pusi ("Turan Tovuz") - 3 qol
Osama Xalayla ("Qəbələ") - 3 qol
Yusif Nəbiyev ("Səbail") - 3 qol
Hamidu Keyta ("Qarabağ") - 3 qol
Qismət Alıyev ("Zirə") - 3 qol
Anatoli Nuriyev ("Sabah") - 3 qol
Yuri Matias ("Neftçi") - 3 qol