"Kəpəz"i növbəti tura o çıxaracaq
"Kəpəz"də baş məşqçi axtarışları davam edir.
Sportline.az xəbər verir ki, Gəncə təmsilçisini Premyer Liqanın növbəti turuna Etibar İbrahimov çıxaracaq.
O, noyabrın 5-də istefa vermiş Azər Məmmədovun köməkçilərindən biri idi.
Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın XIII turunda "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Noyabrın 10-dakı qarşılaşma saat 19:00-da başlanacaq.