"Kəpəz"in futbolçusu vəfat edib

"Kəpəz" klubunun veteran futbolçusu İsmayıl Hüseynov dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Sarı-göylər" sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib və onun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, İsmayıl Hüseynov Yunis Hüseynovun qardaşıdır.