Kerkez İngiltərə nəhənglərinin hədəfindədir
"Bormunt"un macarıstanlı futbolçusu Miloş Kerkez mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Liverpul" Kerkez üçün hərəkətə keçib.
21 yaşlı sol cinah müdafiəçisinin transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Kerkez bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 2 qol və 6 asistlə yadda qalıb.