Keylor Navas "Real"la münasibətləri tam aydınlaşdırıb
"Real"ın qapıçısı Keylar Navas Madrid klubu ilə müqavilənin müddətini uzadıb.
Sportline.az xəbər verir ki, razılaşmaya əsasən, o, 2021-ci ilədək Realın şərəfini qoruyacaq.
İspaniya mətbuatının yazdığına görə, kosta-rikalı futbolçunun ilinə 5 milyon avro ödənəcək.
Qeyd edək ki, Tibo Kurtuanın gəlişindən sonra Navasın klubu tərk etmək istədiyi bildirilirdi.