Keyn "Qalatasaray"la oyun barədə: "Eşitmə qabiliyyətim yenicə bərpa olunur"

"Bavariya" Çempionlar Liqasında İstanbulda "Qalatasaray"ı 3:1 hesabıyla məğlub edib.

Sprotline.az xəbər verir ki, Münhen klubunun hücumçusu Harri Keyn "Qalatasaray"la oyundakı ab-havadan danışıb.

“Bu, çox vacib qələbədir. Onların azarkeşləri fantastik idi. Bu, xüsusən də birinci hissədə bizə çətinlik yaratdı. İkinci hissədə bir az sakitləşdik, topa daha yaxşı nəzarət etdik və şanslarımızdan istifadə etdik. Üç matçdan sonra doqquz xal çox vacibdir. Bu stadionda ilk dəfədir çıxış etdim, eşitmə qabiliyyətim təzəcə bərpa olunmağa başlayır. Təəccüblüdür ki, bu, “Qalatasaray” azarkeşlərinin və təbii ki, səfər azarkeşlərinin əməyidir. Futbolun mahiyyəti budur - çətin atmosferdə qalib gəlmək. Xoşbəxtlikdən biz bu gün bunun öhdəsindən gələ bildik”, - deyə Harri Keyn UEFA-nın saytına bildirib.