Keynin sərbəst qalma məbləği bəlli olub
"Bavariya"nın ingiltərəli forvardı Harri Keynin sərbəst qalma məbləği açıqlanıb.
Sportline.az "Sport Bld" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun transfer qiyməti 57 milyon avrodur.
Keynin Münhen klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, təcrübəli qolyador bu mövsüm meydana çıxdığıı 12 matçda 16 qol 4 asistlə yadda qalıb.