Kipr İsrail klublarına "yox" dedi
Kipr hakimiyyəti İsrailin 2 futbol klubunun Avropa Liqası oyunlarının Kiprdə keçirilməsindən imtina edib.
Sprotline.az xəbər verir ki, Kipr respublikasının ədliyyə və ictimai asayiş naziri Anna Koukidis-Prokopiu TASS-a bildirib ki, təhlükəsizlik səbəbilə bu addım atılıb.
“Dövlət üçün vətəndaşların təhlükəsizliyi birinci yerdədir və bütün mövcud məlumatları nəzərə alaraq qərara gəldik ki, İsrail komandalarının iştirakı ilə futbol matçları ilə bağlı müraciətlər təmin edilə bilməz” - deyə Koukidis-Prokopiu bildirib.
Qeyd edək ki, Kipr polisi Yaxın Şərqdəki vəziyyətlə əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri görür.