Klopp Luis Diasın başına gələnləri futboldan daha vacib hesab edir
Yurgen Klopp futbolçusu Luis Diasın valideynlərinin başına gələnlərdən danışıb.
Sportline.az BBC-yə istinadla xəbər verir ki, mütəxəssis ulduz futbolçunun Kolumbiyada qaçırılan valideynləri haqqında danışıb.
“Bu, çox dəhşətli hadisədir. Futboldan daha vacib şeylər var və bunu unutmuram. Mən heç vaxt belə bir vəziyyətlə qarşılaşmamışam. Futbolçular üçün komanda təhlükəsiz yerdir və təhlükəsiz yer olaraq qalmalıdır ”, - deyə Klopp bildirib.