Klopp: "Premyer Liqa birincidir"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp ən yaxşı liqaları açıqlayıb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə AP-yə açıqlama verib.

Klopp ilk sırada komandasının çıxış etdiyi İngiltərə çempionatını görür.

"Ən yaxşı liqalar? Düşünürəm ki, Premyer Liqa birincidir. Daha sonra La Liqa, Seriya A və Bundesliqa deyərdim" - Klopp bildirib.