Kloppdan qələbə şərhi

Bu gün İngiltərə Premyer Liqasında Mersisayd derbisi keçirilib.

Sportline.az xəbər verir ki, mətbuat konfransında danışan "Liverpul"un çalışdırıcı Yurgen Klopp derbidə "Everton"u 2 cavabsız qolla məğlub etmələrindən danışıb.

“Komandamız buna layiq idi. Oyun çətin keçdi, emosiya, qırmızı vərəqə - hər şey var idi. İlk hissədə üç yaxşı şansımız oldu, amma hədəfə düşə bilmədik. “Everton”un qırmızı vərəqəsi açıq-aydın oyunun gedişatını dəyişdi, lakin biz bundan dərhal yararlana bilmədik. Mən "Everton"un məyusluğunu başa düşürəm, amma eyni vəziyyətdə olduğumuz zaman bunu qəbul etməli olduq" - deyə Klopp bildirib.

Qeyd edək ki, 20 xalı olan “Liverpul” ilk pillədə qərarlaşıb.