Klub prezidenti: "Bu, cəfəngiyyatdır"
Bu mövsüm bərbad çıxışı ilə diqqət çəkən "Lion"un prezidenti Con Tekstor dilə gəlib.
Sportline.az "RMC Sport"a istinadla xəbər verir ki, o, Fransanın köklü komandasının aşağı liqaya düşmə ehtimalı ilə bağlı suala əsəbləşib.
“Bilirəm ki, bu sualı verməlisən, amma bu gülməlidir. Bu komandanın aşağı liqaya düşmə təhlükəsi yoxdur. İstənilən ölkədə, istənilən liqada aşağı liqaya düşən komandalar bizdən fərqli oynayır. Aşağı liqaya düşən komandalarda bu keyfiyyəti görmürsən. Kim aşağı liqaya düşməkdən danışırsa, sadəcə olaraq qorxu yaradır. Mən bunu ciddi qəbul etmirəm, bu, cəfəngiyyatdır. Mən aşağı liqaya düşməklə bağlı narahat deyiləm" - deyə Tekstor "RMC Sport"a açıqlama verib.
Qeyd edək ki, "Lion" ölkə çempionatında 9 oyuna cəmi 3 xal toplayaraq sonuncu pilləyə yuvarlanıb.