Klublararası dünya çempionatında ilk yarımfinalçı məlumdur
Klublararası Dünya Çempionatında ilk yarımfinalçı məlum olub.
Sportline.az xəbər verir ki, 1/4 finalın ilk matçında "Fluminense" "Əl-Hilal" üzərində 2:1 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, "Fluminense" yarımfinalda "Çelsi" - "Palmeyras" görüşünün qalibi ilə görüşəcək.
04 iyun
1/4 final
"Fluminense" - "Əl-Hilal" 2:1
Qollar: Martinelli,40, Herkules,70, - M,Leanordo,51