Kluyvertin yeni iş yeri məlum oldu

Hollandiya millisinin sabiq üzvü Patrik Kluyvertin yeni iş yeri müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis keçmiş klubu "Barselona"ya qayıdıb. O, akademiyanın direktoru vəzifəsinə təyin edilib.

Kluyvert 199-2004-cü illərdə "Barselona"da çıxışb edib. Hollandiyalı mütəxəssis sonuncu dəfə Kamerun yığmasında Klarens Zeedorfun köməkçisi olub.