Kolumbiyalı ulduz Avropaya geri dönüb

Ulduz futbolçu Hames Rodriqez yenidən Avropaya qayıdıb.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, o, "Rayo Vallekano" ilə 1 illik müqavilə imzalayıb.

33 yaşlı yarımmüdafiəçi Kopa Amerika 2024-də turnirin ən yaxşı oyunçusu seçilib. Hames son olaraq Braziliya klubu "San-Paulu"da çıxış edib.

Qeyd edək ki, Hames daha əvvəl İspaniyada 2014-cü ildən 2020-ci ilə qədər Madrid "Real"ının şərəfini qoruyub.O, burada 2 dəfə Çempionlar Liqasının və 2 dəfə La Liqanın qalibi olub.Təcrübəli oyunçu bundan əlavə "Bavariya", "Everton", "Monako" və "Porto" kimi klubların da uğurları üçün çalışıb.