Koman: "Bizə çox təzyiq etdilər"
Xəbər verdiyimiz kimi "Bavariya" Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə "Qalatasaray"ı 3:1 hesabı ilə məğlub edib.
Sportline.az xəbər verir ki, qonaqların vingeri Kinqsli Koman qələbə təəssüratlarını UEFA-nın rəsmi saytı ilə bölüşüb.
“Çox gərgin oyun oldu. Çox pressinq etdikləri üçün asan olmadı, amma ikinci hissədə daha çox imkan oldu və düşünürəm ki, buna görə də fasilədən sonra daha çox qol vurduq. Bu atmosferi bəyənirəm. Belə bir oyunda çoxlu adrenalin alırsınız və bu gecə inanılmaz idi. Matçın ən yaxşı oyunçusu olmağım çox xoşdur, amma bu gün ən vacib şey qələbədir”, - deyə Koman bildirib.