Komandada nə çatmır? İsko açıqladı

"Betis" "Xetafe" ilə görüşdə 1:1 hesablı heç-heçə edib.

Sportline.az xəbər verir ki, sonra təşkil olunan mətbuat konfransında açıqlama verən "Betis"in futbolçusu İsko komandanın çatışmayan cəhətlərindən danışıb.

“Biz yaxşı başlayırıq, amma sona çatdıra bilmrik. Qeyri-stabil oynayırıq. Gah uduruq, gah da uduzuruq. İkinci hissədə həmişə əldən verdiyimiz şanslar çox olur. Biz bunu təkmilləşdirməliyik”, - deyə "Marca" İskodan sitat gətirib.