Konfrans Liqası: 1/8 final mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Sportline.az xəbər verir ki, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Bu raundda qrup qalibləri pley-off mərhələsindən üzüağ çıxan komandalarla qarşılaşacaqlar. Püşk zamanı qrup birinciləri səpələnmişlər, pley-offdan 1/8 finala adlayanlar isə səpələnməmişlərdə yer alacaqlar.

Qrup mərhələsinin qalibləri (səpələnmişlər):

AZ (Niderland)

“Yurqarden” (İsveç)

“Başakşehir” (Türkiyə)

“Nitsa” (Fransa)

“Sivasspor” (Türkiyə)

“Slovan” (Slovakiya)

“Vilyarreal” (İspaniya)

“Vest Hem” (İngiltərə)

Pley-offda yoluna davam edənlər (səpələnməmişlər):

“Anderlext” (Belçika)

“Bazel” (İsveçrə)

“Latsio” (İtaliya)

AEK (Larnaka, Kipr)

“Fiorentina” (İtaliya)

“Gent” (Belçika)

“Lex” (Polşa)

“Şerif” (Moldova)

Qeyd edək ki, UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin oyunları martın 9-da və 16-da keçiriləcək.