Konfrans Liqası: Azərbaycan klublarının rəqibləri müəyyənləşir
Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.
Sportline.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Bununla da "Neftçi", "Qəbələ" və "Sabah"ın rəqibləri bəlli olacaq. "Neftçi" səpənlənmişlər, "Sabah" və "Qəbələ" isə səpələnməmişlər sırasında yer alacaq.
KL-də yarışacaq 3 Azərbaycan klubu arasında daha yüksək reytinqə malik "Neftçi" "səpələnmişlər" səpətində yer alıb.
Püşkatmada "Neftçi"nin rəqibləri aşağıda adları qeyd olunan komandalardan biri olacaq:
1. "Voyvodina" (Serbiya)
2. "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi
3. "Tirana" (Albaniya) - "Dinamo" (Batumi, Gürcüstan) cütünün qalibi
4. "Debretsen" (Macarıstan)
5. SSKA 1948 (Bolqarıstan).
Digər təmsilçilərimiz "Qəbələ" və "Sabah" isə "səpələnməmişlər" səbətindədir. Artıq bu komandaların da potensial rəqibləri bəllidir.
"Qəbələ"nin 5 potensial rəqibi
1. "Fənərbaxça" (Türkiyə)
2. PAOK (Yunanıstan)
3. "Omoniya" (Kipr)
4. "Vadus" (Lixtenşteyn) - "Neman Qrodnı" (Belarus" cütünün qalibi
5. "Haqelman" (Litva) - "Şkupi" (Makedoniya) cütünün qalibi
"Sabah"ın 5 potensial rəqibi:
1. "CFR Kluj" (Rumıniya)
2. "Hapoel Beer Şeva" (İsrail)
3. "Legiya" (Polşa)
4. "Dunajska Streda" (Slovakiya) - "Dila" (Gürcüstan) cütünün qalibi
5. "FK Makedoniya" (Makedoniya) - "RFS" (Latviya) cütünün qalibi
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab görüşləri isə avqustun 3-də keçiriləcək.