Konfrans Liqası: "Başakşehir" "Sent Patriks"ə qarşı

Türkiyə təmsilçisi "Başakşehir" bu gün Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, İstanbul klubu doğma meydanda İrlaniyanın "Sent Patriks" komandası ilə qarşılaşacaq.

Tərəflər arasındakı ilk oyun 0-0 hesablı bərabərliklə yekunlaşıb.

Fatih Terim adına Başakşehir Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq. Matçı macarıstanlı baş hakim Balaş Berke idarə edəcək.

Qeyd edək ki, bu mərhələni adlayan komanda Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. Uduzan komandanın isə Avropa macərası bu mövsüm başa çatacaq. 

Banner