Konfrans Liqası: "Sabah"la "Neftçi" Avrokuboklara "əlvida" dedi

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Sportline.az xəbər verir ki, “Neftçi” Türkiyədə “Beşiktaş”ın qonağı olub. Ötən həftə Bakıda 1:3 hesabı ilə məğlub olan “ağ-qaralar” İstanbulda 1:2 hesabı ilə uduzublar.

“Sabah” isə öz meydanında iki cavabsız qolla üstələdiyi Serbiya “Partizan”ı ilə Belqradda qarşılaşıb. 2:0 hesabı ilə qalib gələn "Partizan" penaltilər seriyasında daha dəqiq olaraq pley-offa yüksəliblər.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunları

22:00. “Beşiktaş” (Türkiyə) - “Neftçi” (Azərbaycan) 2:1
Qol:
 Emin Mahmudov, 35 (0:1),  Vensan Abubakar, 57 (1:1), Cekson Muleka, 71 (2:1)

Baş hakim: Yulian Veynberger (Avstriya)

“Beşiktaş” stadionu, İstanbul

İlk oyun - 3:1

23:00. "Partizan" (Serbiya) - "Sabah" (Azərbaycan) - 2:0 (Penaltilər seriyası - 5:4)

Qollar:  Mateus Saldanya, 30 (1:0), Bibras Natxo, 58 (2:0)

"Partizan": +, +,+,+, +

"Sabah": +, +, +, +, -

Qırmızı vərəqə: Kristian Beliç, 116 ("Partizan")
Baş hakim:   Bartoş Frankovski (Polşa)
İlk oyun - 0:2
"Partizan" stadionu