Konfrans Liqası: “Neftçi” mərhələ adladı, “Zirə”dən heç-heçə, "Qəbələ" qalib gəldi
Bu gün Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçiləri - "Neftçi", "Qəbələ" və "Zirə" də cavab oyunlarını keçirib.
Əvvəlcə Qəbələnin eyniadlı təmsilçisi evdə Macarıstan "Fehervar"ını qəbul edib və 2:1 hesabı ilə qalib gəlsə də, mübarizəni dayandırıb. "Qırmızı-qaralar" ilk görüşdə 1:4 hesabı ilə uduzub.
"Neftçi" "Bakcell Arena"da Kipr "Aris"ini sınağa çəkib və 3 cavabsiz qolla qələbə qazanaraq mərhələ adlayıb. "Ağ-qaralar" Larnakadakı ilk matçda məğlub olmuşdu - 0:2.
"Zirə" isə İsraildə "Makkabi" (Təl-Əviv) komandasının qonağı olub və qolsuz heç-heçə edib. "Qartallar" Bakıdakı ilk görüşdə 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, "Neftçi" “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün güclüsü ilə qarşılaşacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
28 iyul
20:00. “Qəbələ” (Azərbaycan) – “Fehervar” (Macarıstan) - 2:1
Qol: Rövlan Muradov, 34 (1:0), Zivzivadze, 44 (1:1), Felipe Santos, 73 (2:1)
Baş hakim: Kristofer Yaqer (Avstriya)
Qəbələ şəhər stadionu
İlk oyun – 1:4
21:00. “Neftçi” (Azərbaycan) – “Aris” (Kipr) - 3:0
Qol: Qodsvey Donyo, 38, Eddi İsrafilov, 57, Kenni Sayef, 62
Qırmızı vərəqə: Morqan Braun, 82 (2-ci sarı vərəqə, "Aris")
Hakimlər: Bastian Dankert, Yan Zaydel, Eduard Baytinger, Sven Yablonski (Almaniya).
Bakı, "Bakcell Arena".
İlk oyun - 0:2
21:30. Makkabi (Təl-Əviv) - Zirə 0:0
Hakimlər: Mario Zebets, Xrvoe Radiç, Luka Puşiç, Ante Çulyak (Xorvatiya).
Təl-Əviv, "Blumfild" stadionu.
İlk oyun – 3:0