Konfrans Liqası: “Qarabağ” “səpələnməmişlər”lərdən olacaq
Avropa Liqasında mübarizəni başa vurduqdan sonra yoluna Konfrans Liqasının pley-off mərhələsində davam edəcək “Qarabağ”ın qarşılaşa biləcəyi potensial rəqiblərin adlarına aydınlıq gəlib.
Sportline.az UEFA-ya istinadən xəbər verir ki, Ağdam klubu Avroliqadan düşən digər 7 komanda ilə birlikdə Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə mübarizə aparacaq.
Püşkatma öncəsi artıq səbətlər müəyyənləşib. Konfrans Liqasında yoluna davam edənlər “səpələnmişlər”, aralarında “Qarabağ”ın da olduğu Avroliqadan gələnlər isə “səpələnməmişlər” səbətində yer alacaqlar.
Səbətlərin tam tərkibi aşağıdakı kimidir.
Səpələnmişlər:
“Anderlext” (Belçika)
“Bazel” (İsveçrə)
“CFR Kluj” (Rumıniya)
“Dnepr-1” (Ukrayna)
“Fiorentina” (İtaliya)
“Gent” (Belçika)
“Lex” (Polşa)
“Partizan” (Serbiya)
Səpələnməmişlər:
AEK (Larnaka, Kipr)
“Budo Qlimt” (Norveç)
“Braqa” (Portuqaliya)
“Latsio” (İtaliya)
“Ludoqorets” (Bolqarıstan)
“Qarabağ” (Ağdam, Azərbaycan)
“Şerif” (Moldova)
“Trabzonspor” (Türkiyə)
Qeyd edək ki, bu mərhələdə qalib gələn komandalar 1/8 finalda Konfrans Liqasında öz qruplarında birinci olan klublarla qarşılşacaqlar. Turnirin püşkatması noyabrın 7-də Bakı vaxtı ilə saat 17:00-da olacaq.