Konfrans Liqası: "Sabah" - "Levski" oyununa satılan biletlərin sayı açıqlanıb
UEFA Konfrana Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyununa satılan bilet sayı açıqlanıb.
Bakı klubundan Sportline.az-a verilən nəlumata görə, qarşılaşmaya 5000 bilet satılıb.
Qeyd edək ki, "Sabah" - "Levski" görüşü avqustun 14-də Masazırdakı “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Komandalar arasında Bolqarıstanda baş tutan ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.