Konfrans Liqası: "Sabah" RFŞ-ə qalib gəldi

Bu gün Azərbaycan təmsilçiləri UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

Sportline.az xəbər verir ki, ilk olaraq meydana "Sabah" komandası çıxıb.

Murad Musayevin baş məşqçi olduğu kollektiv Latviyada RFŞ-i məğlub edib.

Tərəflər arasındakı cavab görüşü bir həftə sonra "Bank Respublika Arena"da təşkil olunacaq.

26 iyul

UEFA Konfrans Liqası

RFŞ (Latviya) - "Sabah" (Azərbaycan) 0:2
Qol: 
Boyan Letiç, 22 (0:1), David Volkov, 56 (0:2)

Baş hakim: Yan Maxalek (Çexiya)

Yurmala. Sloka stadionu

Qeyd edək ki, Azərbaycanın digər təmsilçilərindən "Qəbələ" və "Neftçi" ilk matçlarını iyulun 27-də keçirəcəklər.