Konfrans Liqası: Türkiyə klublarının rəqibləri bəlli olub

Türkiyə klublarının UEFA Konfrans Liqasının qrup mərhələsində rəqibləri bəlli olub.

Sportline.az xəbər verir ki, "Fənərbağça" H qrupunda “Ludoqorets” (Bolqarıstan), "Spartak" (Trnava, Slovakiya), "Norşellann" (Danimarka) ilə mübarizə aparacaq.

Digər İstanbul təmsilçisi "Beşiktaş" isə D qrupunda "Brügge" (Belçika), "Bude/Qlimt" və "Luqano" (İsveçrə) ilə üz-üzə gələcək.

Qeyd edək ki, turnirdə qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.