Konfrans Liqası: "Zirə" "Torpedo"ya qarşı

“Zirə” bu gün Konfrans Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Gürcüstanın “Torpedo” (Kutaisi) komandası ilə qarşılaşacaq.

Sumqayıtda keçiriləcək oyunun start fiti 20:00-da səslənəcək.

20:00 “Zirə” (Azərbaycan) – “Torpedo” (Kutaisi, Gürcüstan)

Sumqayıt, SOCAR Polimer Arena
Baş hakim: Yoni Hyuttiya (Finlandiya).

Qeyd edək ki, cavab oyunu iyulun 16-da Kutaisidə keçiriləcək.

Banner