Konfrans Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Sportline.az xəbər verir ki, 8 görüşün hamısı eyni günə nəzərdə tutulub.

Artıq 7 matç başa çatıb. Bu oyunların nəticələrinə əsasən, AEK, "Şerif", "Latsio", "Anderlext", "Lex", "Fiorentina", "Bazel" və "Gent" 1/8 finala adlayıblar.

Azərbaycan çempionu "Qarabağ" "Gent"lə bu dəfə səfərdə üz-üzə gəlib. Oyun Belçika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bakıdakı ilk oyun Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşdığı üçün görüşdə əlavə vaxt oynanılıb - 1:1. Lakin bu zaman da qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə "Gent" daha dəqiq olub - .5:3. 

Konfrans Liqası, pley-off mərhələsi

Cavab oyunları

23 fevral

21:45. “Dnepr-1” (Ukrayna) - AEK (Larnaka, Kipr) - 0:0

İlk oyun - 0:1

21:45. “Partizan” (Serbiya) - “Şerif” (Moldova) - 1:3

Qollar: Meniq, 13 - Badolo, 22-pen; Diop, 45+1, 47

İlk oyun - 1:0.

21:45. “Anderlext” (Belçika) - “Ludoqorets” (Bolqarıstan) - 2:1 (penaltilər seriyası - 3:0)

Qollar: Russo, 13-avtoqol; Verşaren, 68 - Rodriqes, 71

Qırmızı vərəqə: Pyotrovski, 97 ("Ludoqorets")

İlk oyun - 0:1

21:45. “ÇFR Kluj” (Rumıniya) - “Latsio” (İtaliya) - 0:0

Qırmızı vərəqə: Muhar, 77 ("ÇFR Kluj")

İlk oyun - 0:1

00:00. “Bazel” (İsveçrə) - “Trabzonspor” (Türkiyə) - 2:0

Qollar: Amdouni, 13, Zeqiri, 77

Reallaşdırılmayan penalti: Bakasetas, 28 ("Trabzonspor")

Qeydə alınmayan qollar: Densvil, 62 - VAR ("Trabzonspor"), Bozok, 90+2 - VAR ("Trabzonspor") 

İlk oyun - 0:1

00:00. “Lex” (Polşa) - “Budo Qlimt” (Norveç) - 1:0

Qol: İsak, 63

İlk oyun - 0:0

00:00. “Fiorentina” (İtaliya) - “Braqa” (Portuqaliya) - 3:2

Qollar: Mandraqora, 37, Saponara, 58, Kabral, 83 - Kastro, 17, Fernandeş, 35

Qeydə alınmayan qol: Kabral, 49 - VAR ("Fiorentina")

İlk oyun - 4:0

00:00. "Gent" (Belçika) - "Qarabağ" (Azərbaycan) - 1:0 (Penaltilər seriyası  - 5:3)

Qol: Orban, 75

İlk oyun - 0:1