Konfrans Liqasında 1/8 finalın cütlükləri müəyyənləşdi

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib. 

Püşkatmadan sonra aşağıdakı cütlüklər müəyyənləşib:

1/8 finalın cütlükləri:

AEK (Larnaka, Kipr) - “Vest Hem” (İngiltərə)

“Fiorentina” (İtaliya) - “Sivasspor” (Türkiyə)

“Latsio” (İtaliya) - "AZ Alkmaar" (Niderland)

“Lex” (Polşa) - “Yurqarden” (İsveç)

“Bazel” (İsveçrə) - “Slovan” (Slovakiya)

“Şerif” (Moldova) - “Nitsa” (Fransa)

“Anderlext” (Belçika) - “Vilyarreal” (İspaniya)

“Başakşehir” (Türkiyə) - “Gent” (Belçika)

Qeyd edək ki, UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin oyunları martın 9-da və 16-da keçiriləcək.