Konfrans Liqasında finalçılar məlumdur

Avropa Konfrans Liqasında finalçılar məlum olub.

Sportline.az xəbər verir ki, “Fiorentina” doğma meydanda uduzduğu “Bazel”lə cavab matçının əlavə vaxtında məsələni öz xeyrinə həll edib. 

İlk oyundan qalib ayrılan “Vest Hem” isə “Alkmaar”la səfər görüşünü də qələbə ilə başa vurub. 

Final oyunu iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.

Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
18 may

Bazel (İsveçrə) - Fiorentina (İtaliya) 1:3
Qol: Anduni, 55 – N.Qonsales, 35; 72. Barak, 120+9.
İlk oyun – 2:1

Alkmaar (Niderland) - Vest Hem (İngiltərə) 0:1
Qol: Fornals, 90+4.
İlk oyun – 1:2.