Konfrans Liqasında həftənin ən yaxşısı

Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, bu, "Dnepr-1"in (Ukrayna) hücumçusu Artem Dovbikdir. Forvard Limassol "Apollon"u ilə görüşdə (3:1) 2 qol vurub, 1 qolun ötürməsini verib.

Artem "Yurqorden"dən Emmanuel Banda, "Başakşehir"dən Serdar Gürler və"Köln"dən Deyan Lyubiçiçi qabaqlayıb.