Konfrans Liqasında püşk günü

Bu gün 2026/27 mövsümü UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Sportline.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

“Turan Tovuz” cəza səbəbindən avrokuboklara buraxılmadığı üçün KL-də Azərbaycanın 2-ci təmsilçisi “Zirə” olacaq. Onlar mübarizəyə 1-ci mərhələdən, digər təmsilçimiz “Nefrçi” isə 2-ci mərhələdən başlayacaq.

“Neftçi”nin rəqibi iyunun 17-də keçiriləcək 2-ci mərhələnin püşkatmasında müəyyənləşəcək.

1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-da, cavab görüşləri isə iyulun 16-da keçiriləcək.

"Zirə"nin 26 mümkün rəqibi

“Velej” (Bosniya və Herseqovina)
“Virtus” (San-Marino)
“Liepaya” (Latviya)
“İlves” (Finlandiya)
“Santa Koloma” (Andorra)
“Connah’s Quay Nomads” (Uels)
“Bohemians” (İrlandiya)
“Styarnan” (İslandiya)
“Europa” (Cəbəllütariq)
“İnter” (Finlandiya)
“Malişeva” (Kosovo)
“Yelimay” (Qazaxıstan)
“Dinamo” (Tirana, Albaniya)
“UNA Ştrassen” (Lüksemburq)
“Hegelmann” (Litva)
“Penibont” (Uels)
NSİ Runavik (Farer adaları)
“Sileks” (Şimali Makedoniya)
“Mornar” (Monteneqro)
“Qlentoran” (Şimali İrlandiya)
“Marsaşlokk” (Malta)
“Nomme Kalyu” (Estoniya)
“Elbasani” (Albaniya)
“Karnarvon Taun” (Uels)
“Mondorf-le-Ben” (Lüksemburq)
“Petrovats” (Monteneqro)

Banner