Konfrans Liqasının püşkü atılır

Bu gün UEFA Konfrans Liqasında birinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportline.az xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycanın 3 klubu - “Qəbələ”, “Sabah” və “Neftçi” Konfrans Liqasına 2-ci mərhələdən başlayacaqlarından bugünkü püşkatmada yer almayacaqlar. İkinci mərhələnin püşkatma mərasimi iyunun 21-də keçiriləcək.