"Krasnodar" çempion olsa, döymə etdirəcək
Rusiya çempionatının iddialılarından sayılan "Krasnodar"ın müdafiəçisi Vitor Tormena iddialıl danışıb.
Sportline.az xəbər verir ki, futbolçu Sport24-ə müsahibəsində komandasının ölkə çempionu olacağı halda döymə etdirəcəyini deyib.
"Əvvəl bu barədə düşünməmişdim. Amma yaxşı fikirdir. Çempion olsaq, daha bir döymə etdirəcəyəm" - deyə Tormena bildirib.
Qeyd edək ki, “Krasnodar” Rusiya Premyer Liqasında hazırda 32 xalla liderdir.