"Krasnodar"ı məğlub edən tapıldı
ÇSKA ölkə çempionatının 13-cü turunun matçında evdə "Krasnodar"ı məğlub edib - 1:0.
Sportline.az xəbər verir ki, yeganə qolu 41-ci dəqiqədə Abbosbek Fayzullayevin ötürməsindən sonra Fedor Çalov vurub.
"Krasnodar" cari RPL mövsümündə ilk məğlubiyyətini aldıb.
ÇSKA isə sentyabrdan bəri ilk qələbəsini qazanıb. Ordu komandası 21 xal toplayaraq turnir cədvəlində beşinci pilləyə yüksəlib.