"Kristal Pelas" bu futbolçuya görə 100 milyon avro tələb edir
"Kristal Pelas" ingiltərəli futbolçusu Adam Vartonun transfer qiymətini açıqlayıb.
Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Varton üçün 100 milyon avro tələb edir.
"Arsenal", "Çelsi", "Liverpul" və "Mançester Siti" 21 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, Vartonun "Kristal Pelas"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.