"Kristal Pelas"dan "Arsenal"a keçə bilər

"Kristal Pelas"ın fransalı futbolçusu Filip Mateta karyerasını "Arsenal"da davam etdirə bilər.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" Mateta üçün mövsümün sonunda "Kristal"a rəsmi təklif göndərəcək.

27 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 30 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Mateta bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 matçda 16 qol və 3 asistlə yadda qalıb.