"Kristal Pelas"dan transfer bombası

"Aston Villa"da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Markus Reşford "Kristal Pelas"ın maraq dairəsinə düşüb.

Sportline.az "The Sun Football" nəşrinə istinadən xəbər verir ki, "Kristal Pelas" Reşford üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb.

27 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avro olaraq təyin olunub. O bu mövsüm çıxış etdiyi 38 matçda 10 qol və 8 asistlə yadda qalıb.

Qeyd edək ki, Reşfordun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin yayına qədərdir. O mövsümün sonunda qədər "Aston Villa"da icarə əsasında çıxış edəcək.