Kunya Mançester klubuna transfer ola bilər

"Vulverhempton"un brazilyalı futbolçusu Mateus Kunya karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Sportline.az jurnalist Lauri Vaytvellin məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" Kunya üçün 60 milyon avro ödəməyə hazırdır.

25 yaşlı futbolçunun "Vulverhempton"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Kunya bu mövsüm çıxış etdiyi 29 matçda 15 qol və 4 asistlə yadda qalıb.