Kunya Mançester klubuna transfer olacaq
"Vulverhempton"un brazilyalı futbolçusu Mateus Kunya "Mançester Yunayted"ə transfer olmağa yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
Kunya "Mançester Yunayted"in təklfinə müsbət cavab verib.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 31 matçda 16 qol 4 asistlə yadda qalıb.