İlin ən yaxşı futbolçusu adına namizədlər
Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliya daha bir mükafata namizədlər sırasında yer alıb.
Sportline.az xəbər verir ki, "Napoli"nin futbolçusu «Globe Soccer Awards»ın ilin ən yaxşı futbolçusu nominantları sırasındadır.
Təqdimat mərasimi 2024-cü ilin yanvarında keçiriləcək mükafata iddialılar arasında Lionel Messi, Kriştianu Ronaldu, Kilian Mbappe, Cud Bellingem, Vinisius Junior, Luka Modriç, Nikolo Barella, Lautaro Martinez, Məhəmməd Salah, Viktor Osimhen, Andre Onana, Martin Edeqor, Bukayo Saka, Harri Keyn, Kim Min Je, Ilkay Gündoğan da var.
Qeyd edək ki, mükafatı son dəfə Kərim Benzema qazanmışdı.