Kvaratsxeliya: “Mən oynamaqdan məmnunam"

Yanvarda PSJ-yə qoşulduqdan sonra Çempionlar Liqasında mövsümün ikinci qolunu vuran Xviça Kvaratsxeliya ötən gecə Ç/L-in ilk 1/4 finalından sonra danışıb.

Sportline.az xəbər verir ki, PSJ 3 - 1 Aston Villa" matçında baxımlı qola imza atan Kvara bunları söyləyib:

"Dieqo Maradona mənim qoluma ilham verdi? Yaxşı... Mən onu sevirəm! O, Napolidə Tanrı kimidir..."

 "Luis Enrikenin təsiri əla oldu. Mən oynamaqdan məmnunam, mövqe önəmli deyil".

“Mən sadəcə komandaya kömək etmək istəyirəm”.

Qeyd edək ki, 24 yaşlı gürcü vinger Matçın Adamı seçilib