La Liqada Fələstin bayraqları
La Liqada 10-cu turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, bu gün keçirilən "Real Sosyedad" - "Malyorka" matçında meydan sahiblərinin azarkeşləri Fələstinə dəstək nümayiş etdiriblər.
Onlar qapıarxası sektorda Fələstin bayraqları açıblar.
Oyun meydan sahiblərinin minimal hesablı qələbəsilə yekunlaşıb.