La Liqanın Prezidenti Tebas Paris Olimpiyadasının açılış mərasimini xristianlara qarşı təhqir adlandırıb

La Liqanın prezidenti Xavyer Tebas Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimindən narazılığını bildirib.

Sportline.az Championat.com-a istinadıla xəbər verir ki, Tebas öz "X" hesabından "Qəbuledilməz, hörmətsizcə, biabırçı! Parisdə keçirilən Olimpiya Oyunlarında Son Şam yeməyi təsvirindən bu şəkildə istifadə etmək biz xristianlara qarşı təhqirdir. Dini inanclara hörmət haradadır?" yazılı post paylaşıb.

Xatırladaq ki, iyulun 26-da Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi olub. Olimpiadanın məşəlini atletika üzrə üçqat olimpiya çempionu Mari-Xose Perek və cüdo üzrə üçqat olimpiya çempionu Teddi Riner alovlandırıb.

Qeyd edək ki, 4 illiyin zirvə yarışı avqustun 11-ci başa çatacaq.