"Leipziq" Bellingemi transfer edə bilər
"Leipziq" "Sanderlend"in ingiltərəli futbolçusu Cob Bellingemi transfer etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Floirian Plettenberg öz şəxsi "X" hesabında paylaşım edib.
Almaniya klubu Bellingem üçün qarşı tərəfə 25 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçinin "Leipziq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 4 qol və 3 asistlə yadda qalıb.