"Leipziq"dən Bellingem həmləsi
"Sanderlend"in ingiltərəli futbolçusu Cob Bellingem karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportline.az "Sky Sport DE"yə istinadən xəbər verir ki, "Leipziq" Bellingemi transfer etmək niyyətindədir.
Bu keçid üçün Almaniya klubu qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Bellingemin "Sanderlend"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 35 matçda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.