"Leipziq"i "Mançester Yunayted"ə dəyişir
"Leipziq"in sloveniyalı futbolçusu Benjamin Şeşko "Mançester Yunayted"in maraq dairəsindədir.
Sportline.az "ManUnitedNews" saytına istinadən xəbər verir ki, "Mançester Yunayted" Şeşko üçün Almaniya klubu ilə danışıqlara başlayıb.
21 yaşlı hücumçunun "Leipziq"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Şeşko cari mövsüm çıxış etdiyi 41 matçda 20 qol 6 asistlə yadda qalıb.